Cümə , May 17 2024
azenru
Home / Təşkilat və Operatorlar / İctimai iaşə və turizm infrastrukturuna aid obyektlərə tövsiyyələr göndərilib

İctimai iaşə və turizm infrastrukturuna aid obyektlərə tövsiyyələr göndərilib

Azərbaycan Respublikası Mədəniyyət və  Turizm Nazirliyinin müvafiq əmrinə əsasən Bakı Turizm İnformasiya Mərkəzi digər turizm informasiya mərkəzləri üçün metodiki mərkəz təyin olunub.

TravelNews.Az xəbər verir ki, əmrin icrası ilə əlaqədar Bakı Turizm İnformasiya Mərkəzi regional turizm informasiya mərkəzlərinin otel, muzey, qoruq, ictimai iaşə və turizm infrastrukturuna daxil olan  obyektlər ilə birgə  əməkdaşlığına  dair  tövsiyyələr  hazırlayıb, rayon turizm informasiya mərkəzlərinə göndərib.

Sənəddə turizm infrastrukturuna daxil olan  müəssisələrin  turizm informasiya mərkəzi ilə qarşılıqlı əməkdaşlığın lazımi səviyyədə keçirilməsi üçün müvafiq müqavilələrin bağlanması, birgə turizm marşrutlarının tərtibatı,  milli bayramların, müxtəlif sərgilərin, tədbirlərin təşkili və keçirilməsi, reklam-informasiya materiallarının və zəruri məlumatların mübadiləsi nəzərdə tutulub.

Bu işdə hər bir regionun təbii və tarixi-mədəni turizm resurslarının mövcudluğu, iqlim şəraiti, ərazinin relyefi və turizm sənayesinin inkişafına müsbət təsir edən bütün amillərdən səmərəli istifadə olması tövsiyyə olunur.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir