Cümə axşamı , May 9 2024
azenru
Home / Tədbirlər / “Excelsior Hotel & Spa Baku”da növbəti tədbir baş tutacaq

“Excelsior Hotel & Spa Baku”da növbəti tədbir baş tutacaq

Dekabrın 25-də “Excelsior Hotel & Spa Baku” otelinin “Belveder” restoranında Milad gecəsi keçiriləcək.

Restoranın rahat nəfis mühiti, milad yolkası, şamlar, canlı romantik musiqi Milad gününün təkrarsız, səmimi qarşılanması atmosferini yaradacaq. Bir nəfər üçün biletin qiyməti 59 manat təşkil edir. Biletləri əldə etmək və yer sifariş etmək üçün “Excelsior Hotel & Spa Baku” otelinə 012 496 80 00 nömrəli telefona ya (050) 235 35 14 mobil telefonuna zəng vurun.

“AtaHolding” Şirkətlər Qrupunun Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova bu maraqlı aksiya ilə bağlı Trend-ə bildirib ki, tədbiri daha da təmtəraqlı və yaddaqalan edən məqamlardan biri oteldə yaşayan xarici qonaqların bu tədbirdə özlərini öz evlərindəki kimi hiss etməsi və tədbirə qatılmalarıdır. Tədbirin orijinal, əyləncəli və zövqlü keçirilməsi üçün bütün təşkilati işlər mükəmməl şəkildə yerinə yetiriləcək.

Qeyd edək ki, “Excelsior Hotel & Spa Baku” 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Otel 1 “İmperial” – lüks, “Royal”- lüks, 4 “Crown”-lüks, 45 “Heritage”- delüks, 9 “Düke” standart otaqlarından, konfrans zallarından, biznes mərkəzlərindən, restoranlardan, “Aura” sağlamlıq mərkəzindən və s. ibarətdir

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir