Cümə , Noyabr 22 2024
azenru
Home / Tədbirlər / GUAM-da turizmdəki cari vəziyyət müzakirə olunub

GUAM-da turizmdəki cari vəziyyət müzakirə olunub

İyunun 4-də Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın (GUAM) Mədəniyyət və turizm üzrə işçi qrupunun Bakıda keçirilməli olan 8-ci iclası videokonfrans formatında təşkil olunub.
Onlayn baş tutan iclasda Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın turizm üzrə səlahiyyətli qurumlarının nümayəndələri iştirak edərək fikir mübadiləsi aparıblar.
Görüşdə Azərbaycan tərəfindən Dövlət Turizm Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Talıbzadə, Azərbaycan Turizm Bürosunun Beynəlxalq bazarların idarəedilməsi departamentinin müdiri Sevinc Zeynallı, Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva, Azərbaycan Hotel Assosiasiyasının İcraçı direktoru Günay Sağlam və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev iştrak edib.
Müzakirələr zamanı Azərbaycanda pandemiya dövründə tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin təsiri nəticəsində turizm sahəsində fəaliyyət göstərən sahibkarlara dəyən itkilərin minimuma endirilməsi üçün atılan addımlar, dəstək proqramları, post-pandemiya dövrü üçün planlaşdırılan tədbirlər və s. haqqında məlumat verilib.
Həmçinin turistlərə birbaşa xidmət göstərən sahələrdə – mehmanxana və mehmanxana tipli müəssisələrdə, ictimai iaşə obyektlərində (restoran və kafelər) və turistlərə xidmət edən nəqliyyat vasitələrində tətbiq olunması nəzərdə tutulan SAHMAN – Sanitariya və Gigiyena Metodları və Normaları Proqramı barəsində məlumat verilib.
Post-pandemiya dövründə Azərbaycanın təhlükəsiz turizm məkanı imicini formalaşdırmaq və gücləndirmək məqsədini daşıyan proqrama iştirakçılar tərəfindən xüsusi diqqət göstərilib.
Mövcud reallıqlar nəzərə alınaraq xarici bazarlara münasibətdə marketinq strategiyasının onlayn platformalar üzərindən aparıldığı, vebinarların və onlayn B2B görüşlərin davam etdirildiyi, əsas məqsədin Azərbaycan haqqında məlumatlılığın qorunub saxlanılması olduğu qeyd olunub.
Çıxışlarda turizmin xüsusi növü olaraq işgüzar turizmin də ən çox zərər çəkən sahələrdən biri olduğu vurğulanıb, bu sahədə xarici tərəfdaşlarla 40-dan çox vebinarın keçirildiyi və post-pandemiya dövrü üçün ilkin olaraq ölkədaxili işgüzar turizmə üstünlük veriləcəyi bildirilib.
Görüşdə GUAM-ın Baş katibi Altay Əfəndiyev, təşkilatın Katibliyinin əməkdaşları, Gürcüstan Milli Turizm Administrasiyasının Beynəlxalq əlaqələr idarəsinin rəhbəri Tamar Koriauli, Moldovanın İnvestisiyalar üzrə Agentliyinin turizmin inkişafı departamentinin müdiri Aleksandr İvanov, Ukraynanın Turizmin inkişafı üzrə Dövlət Agentliyinin sədr müavini Kiril Dombrovskiy iştirak ediblər.
Məlumat üçün bildirək, 2020-ci il üçün GUAM-a sədrlik Azərbaycana verilib.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir