Çərşənbə axşamı , Noyabr 5 2024
azenru
Home / Nəqliyyat / İyuldan 4 ölkə Azərbaycanla – HAVA SƏRHƏDLƏRİNİ AÇACAQ

İyuldan 4 ölkə Azərbaycanla – HAVA SƏRHƏDLƏRİNİ AÇACAQ

Gələn ay ərzində 4 ölkə Azərbaycanla hava sərhədlərini açacaq.

Qazaxıstanla Azərbaycan arasındakı birbaşa uçuşların bərpasına iyulun 1-dən sonra baxılacaq. Rusiya isə iyulun 15-də ilk olaraq 8 MDB ölkəsi, o cümlədən Azərbaycanla koronavirus pandemiyası ilə əlaqədar dayandırılan beynəlxalq hava əlaqəsini bərpa edəcək.

Məlumata görə, bundan sonra avqustun 1-dən etibarən Rusiyadan Avropa, Yaxın Şərq və Cənub-Şərqi Asiyanın 7 ölkəsinə uçuşlar bərpa ediləcək. Həmçinin, payızdan Gürcüstan və Misirə reyslərin bərpası ehtimalı da müzakirə olunur.

Aviaşirkətlər iyunun ortalarından başlayaraq biletlərin satışını təşkil edə biləcək.

Azərbaycanla Türkiyə arasında uçuşlar da iyunun 15-də bərpa oluna bilər. Azərbaycan tərəfi beynəlxalq uçuşların bərpası ilə bağlı heç bir qərar verməsə də, Türkiyə artıq bu barədə açıqlama verib.

Macarıstanın “Wizzair” aviaşirkəti isə iyunun 19-dan Bakı-Budapeşt-Bakı reysini bərpa edəcəyi ilə bağlı açıqlama verib.

Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Trend-ə açıqlamasında bildirib ki, təmsil etdiyi qurumda bu barədə heç bir məlumat yoxdur:

“Bildiyiniz kimi, ölkədə uçuşlar iyunun 15-ə kimi dayandırılıb. Başqa ölkələrin Bakıya uçuşları bərpa etməsi ilə bağlı isə bizə məlumat daxil olmayıb”.

Trend

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir