Bazar ertəsi , May 20 2024
azenru
Home / Nəqliyyat / “Türk Hava Yolları” dünya səhiyyə işçiləri üçün – ENDİRİM KAMPANİYASINA BAŞLAYIB

“Türk Hava Yolları” dünya səhiyyə işçiləri üçün – ENDİRİM KAMPANİYASINA BAŞLAYIB

“Türk Hava Yolları” (THY) şirkəti bütün dünyanın səhiyyə işçiləri üçün 40 faiz endirim kampaniyasına başlayıb.

Bu barədə şirkətin media müşavirliyindən bildirilib.

Kampaniya çərçivəsində səhiyyə işçiləri onlarla bərabər səyahət edəcək 3 nəfər üçün də endirimli bilet əldə edə biləcəklər. Endirimdən yararlanmaq istəyənlər bu il iyulun 18-dək THY-nin internet səhifəsindən qeydiyyatdan keçməlidirlər.

Şirkət bu kampaniyanın COVID-19-la mübarizədə fədakarlıq göstərən səhiyyə işçilərinə təşəkkür olduğunu bildirib.

Azərtac

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir