“Türk Hava Yolları” (THY) şirkəti bütün dünyanın səhiyyə işçiləri üçün 40 faiz endirim kampaniyasına başlayıb.
Bu barədə şirkətin media müşavirliyindən bildirilib.
Kampaniya çərçivəsində səhiyyə işçiləri onlarla bərabər səyahət edəcək 3 nəfər üçün də endirimli bilet əldə edə biləcəklər. Endirimdən yararlanmaq istəyənlər bu il iyulun 18-dək THY-nin internet səhifəsindən qeydiyyatdan keçməlidirlər.
Şirkət bu kampaniyanın COVID-19-la mübarizədə fədakarlıq göstərən səhiyyə işçilərinə təşəkkür olduğunu bildirib.
Azərtac