Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq, Azərbaycanın milli aviadaşıyıcısı iyunun 17-də Moskvadan Bakıya daha bir çarter reysi yerinə yetirib.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən TravelNews.Az-a bildirilib ki, həmin reyslə vətənə 152 Azərbaycan vətəndaşı qayıdıb.
Paytaxta gəldikdən sonra sərnişinlər karantinə yerləşdiriliblər.