Cümə axşamı , May 9 2024
azenru
Home / Tədbirlər / Yerli hotellərin onlayn təqdimatı keçirildi

Yerli hotellərin onlayn təqdimatı keçirildi

Yerli hotellərin turizm şirkətlərinə onlayn təqdimatı keçirildi.

İlk təqdimat İBİS Hotel-dən başladı. Konstantin Beifordt və Fidan İskəndərzadə hoteli təqdim etdilər. Pandemiya səbəbindən hotel hələ ki, öz fəaliyyətinə başlamayıb. Üç ulduzlu olan hotel digər dörd ulduzlu hotellərdən heç də fərqlənmir. Hoteldə 24 saat fəaliyyat göstərən lobby bar və room service-də mövcuddur. Həmçinin hər bir müştəriyə individual yanaşma və turizm şirkətlərinə müxtəlif güzəştlər var.

The Merchant Hotel Baku hoteli Arzu Axundova və İldırım Qəmbərov təqdim etdi. Hotel Əziz Əliyev küçəsində yerləşir. The Merchant Hotel-ə iki giriş qapısı, iki konfrans zalı və 63 otaqdan ibarətdir. Hotel avropa üslubunda tikilib. Bu hotelde müştərilər üçün kitabxana da var. Hotel SAHMAN sertifikasiyasından keçib.

Mogan hoteli Həvva Səfərova təqdim etdi. Hotel dekabr ayından fəaliyyət göstərir və beş ulduzludur. Hoteldə 145 otaq var, onlardan 65-i istifadəyə verilib. Burada  maksimum ev komfortlu, dəniz mənzərəli otaqlar , kind club, masaj otaqları, 180-190 nəfərlik konfrans zalı var. Həmçinin, yaxın zamanda yoqa otağları və hovuz tikiləcəyi gözlənilir.

The Merchant Hotel Baku və Mogan hotel qiymətlərin stabil qalacağını qeyd etdilər.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir