Cümə , May 17 2024
azenru
Home / Kateqoriyasız / Karantin bitdikdən sonra aviabiletlərin satışı əvvəlki qaydada olacaq

Karantin bitdikdən sonra aviabiletlərin satışı əvvəlki qaydada olacaq

Karantin bitdikdən sonra aviabiletlərin satışı sərnişinlərin istəyinə uyğun olaraq, həm kassalara yaxınlaşmaqla, həm də onlayn şəkildə mümkün olacaq.

Bunu Azərbaycan Hava Yollarının (AZAL) vitse-prezidenti Eldar Hacıyev Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşəbbüsü ilə keçirilən onlayn görüşdə deyib.

O, turizm şirkətlərinin karantin bitdikdən sonra öz müştərilərinə bilet satışını əvvəlki qaydada həyata keçirə biləcəyini də vurğulayıb.

Məhdudiyyətlərin pandemiya dövründə tətbiq olunmasının vacibliyinə toxunan E.Hacıyev yeni qaydaların tətbiqində əsas məqsədin vətəndaşların sağlamlığını qorumaq və sosial məsafəni saxlamaqla virusun geniş yayılması riskinin qarşısının alınması olduğunu bildirib.

E.Hacıyev hazırda həyata keçirilən xüsusi reyslərin pilot layihə olduğunu və nəticələrdən asılı olaraq digər istiqamətlərə də uçuşların açılmasını nəzərdən keçirdiklərini deyib.

Müzakirələrdə çıxış edən ATAA-nın İdarə Heyətinin sədri Rüfət Hacıyev hazırda turizim şirkətlərinin böhran yaşadığını, pandemiya ilə əlaqədar olaraq böyük maliyyə itkiləri ilə üzləşdiklərini diqqətə çatdırıb.

R.Hacıyev iyunun 18-dən Azərbaycan Hava Yolları tərəfindən bilet satışının yalnız onlayn qaydada həyata keçirilməsinin əksər turizm şirkətləri tərəfindən müəyyən narazılıqla qarşılandığını da bildirib.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir