Bakıdan Minskə uçuşlar iyulun 10-dan etibarən yenidən başlayacaq.
TravelNews.Az “Belavia” Hava Yollarına istinadən xəbər verir ki, uçuşlar həftədə iki dəfə – cümə və bazar günləri həyata keçiriləcək. Uçuşların yalnız bir istiqamətdə həyata keçiriləcəyi qeyd olunur. Sərnişinlər hələlik Minskdən Bakıya uçmayacaqlar.
Xatırladaq ki, iyulun 1-dən etibarən AZAL və Türk Hava Yolları həftədə dörd dəfə Bakı – İstanbul – Bakı reysini həyata keçirir.