Türkiyə məhkəməsi İstanbuldakı məşhur turizm görməlisi olan «Aya Sofya» məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verib.
Danıştay məhkəməsi Türkiyə Nazirlər Kabinetinin Aya Sofyanın məsciddən muzeyə çevrilməsi barədə 85 il əvvəl, 24 noyabr 1934-cü il tarixində verdiyi qərarı ləğv edib.
Məhkəmə qərarından sonra dəyişikliyin qüvvəyə minməsi üçün onun prezident tərəfindən təsdiqlənməsi tələb olunurdu. Və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı məhkəmənin qərarını təsdiqləyib.
Aya Sofyanın Türkiyə Diyanət İşləri Başqanlığının balansına verilməklə ibadətə açılmasına qərar verilib.
Qeyd edək ki, Aya Sofya məbədi Osmanlıların İstanbulu fəth etməsinə qədər şəhərin əsas xristian məbəldi sayılırdı. Ona görə də, Türkiyə hökumətinin bu qərarı ilə bağlı anonslardan sonra xüsusilə pravoslav kilsəsinin nümayəndələri, o cümlədən Rusiya Pravoslav kilsəsi Türkiyə rəhbərliyini bu addımdan çəkindirməyə çalışırdılar.
Aya Sofyanın məscidə çevrilməsi nətiicəsində artıq müsəlman ölkələrindən olan turistlərin buranı ziyarət etməsi üçün ödəniş (muzey olanda 15 avro idi) tələb olunmayacaq.
fed.az