Çərşənbə , May 15 2024
azenru
Home / Nəqliyyat / AZAL-dan növbəti uğur – “Minnətdarlıq Sertifikatı”

AZAL-dan növbəti uğur – “Minnətdarlıq Sertifikatı”

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) Cenevrədə standartlara dəyişməz sadiqliyi və İATA-nın yerüstü xidmət standartı üzrə proqramının (ISAGO) davamlı uğuruna fəal töhfəsinə görə Azərbaycan Hava Yollarına “Minnətdarlıq Sertifikatı” təqdim edib.

TravelNews.Az xəbər verir ki, sertifikatın təqdim olunması zamanı Azərbaycan Hava Yollarının həm yerli, həm də beynəlxalq səviyyəli çoxsaylı inspeksiya və auditlərin keçirilməsi yolu ilə yerüstü xidmət sahəsində standartlaşdırma və xidmətlərin təkmilləşdirilməsi işinə töhfəsi vurğulanıb. Beynəlxalq təşkilat beynəlxalq mülki aviasiyanın inkişafı işində aviaşirkətin dəstəyinə görə öz minnətdarlığını bildirib və gələcəkdə sıx qarşılıqlı faydalı əməkdaşlığın güclənməsi və möhkəmlənməsinə ümidvar olduğunu qeyd edib.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir