Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Nəqliyyat / AZAL oktyabr ayının sonunadək İstanbul, Berlin və Londona xüsusi reyslər həyata keçirəcək

AZAL oktyabr ayının sonunadək İstanbul, Berlin və Londona xüsusi reyslər həyata keçirəcək

AZAL 2020-ci ilin oktyabr ayının sonunadək Bakıdan İstanbul, Berlin və Londona xüsusi reyslər həyata keçirməyə davam edəcəkdir.

AZAL-dan verilən məlumata görə, yeni cədvələ uyğun olaraq İstanbula uçuşlar hər gün, Londona – hər həftə cümə axşamları, Berlinə – cümə günləri yerinə yetiriləcəkdir.

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında əldə etmək olar. ⠀

Bakı-İstanbul reysinə aviabiletlər Azərbaycan, Türkiyə və bu ölkəyə gəlmək hüququ olan digər dövlətlərin vətəndaşları tərəfindən əldə edilə bilər.

Bakı-London reysi ilə Böyük Britaniyaya gəlmək hüququ olan sərnişinlər daşına bilər. Bundan əlavə, uçuşdan əvvəl 48 saat ərzində www.gov.uk/provide-journey-contact-details-before-travel-uk saytında onlayn anket doldurulmalıdır. Anket göstərilən müddət ərzində doldurulmadığı təqdirdə, Londonun “Heathrow” hava limanının miqrasiya strukturlarının əməkdaşları sərnişini 100 funt sterlinq məbləğində cərimə edə bilərlər.

Bakı-Berlin reysindən Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ olan sərnişinlər (tələbələr daxil olmaqla), habelə Avropa İttifaqı ölkələrinin vətəndaşları yararlana bilərlər.

Xarici ölkələrdə təhsil alan Azərbaycanlı tələbələr vətənə qayıtdıqda hər üç istiqamətdə aviabilet alarkən 30% endirimdən yararlana bilər. Güzəştli aviabiletin rəsmiləşdirilməsi proseduru üzrə videotəlimatla, İstanbul-Bakı reysi ilə eyni qaydada, burada tanış ola bilərsiniz: https://youtu.be/HylsY0m9cEM

Bakı istiqamətində yerinə yetirilən reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı siyahıda qeyd olunan şəxslərə icazə verilir:

• Azərbaycan Respublikasındakı diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;

• Ailə üzvləri (həyat yoldaşı, valideynləri və ya azyaşlı övladı) Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;

• Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;

• Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşamaq icazəsi olan əcnəbilər;

• Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.

Uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılacaq.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə https://www.azal.az/az/information/covid-clinics saytında tanış ola bilərsiniz.

Xaricdə COVID-19-a dair testdən dövlət və özəl klinikalarda, habelə laboratoriyalarda keçə bilərsiniz, bu zaman sərnişinin uçuşa qəbul edilməsi üçün əsas şərtlərdən biri PCR-testinin keçirilməsinə dair arayışın mövcudluğudur.

İstənilən halda həmin arayış uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır.

Təsdiq edilmiş qaydalara əsasən pandemiya dövründə yalnız qadın əl çantasının və ya kişi portfelinin, yaxud 30x35x10 sm ölçüdən böyük olmayan portativ kompyüter üçün çantanın (çanta yalnız təyinatı üzrə istifadə edilməlidir) əl yükü qismində daşınmasına icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər qeydiyyatdan keçirilərək baqaj bölməsinə təhvil verilməlidir. “Duty free” mağazalarından alınan əşyaların da təyyarədə əl yükü qismində daşınması qadağandır.

Daha əvvəl məlumat verildiyi kimi, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur. “Azərbaycan Hava Yolları” tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir