Çərşənbə , May 8 2024
azenru
Home / Nəqliyyat / İstanbul – Naxçıvan – İstanbul uçuşları həyata keçiriləcək

İstanbul – Naxçıvan – İstanbul uçuşları həyata keçiriləcək

Türk Hava Yolları tərəfindən 30 iyul 2020 tarixində İstanbul – Naxçıvan – İstanbul təxliyə uçuşları planlanmışdır.

İstanbul – Naxçıvan uçuşuyla yalnız Naxçıvan MR-da yaşayan Azərbaycan vətəndaşları ilə Naxçıvan MR-da yaşama ve işleme icazəsi olan Türk və digər ölkə vətəndaşları səyahət edə biləcəkdir.

Naxçıvan – İstanbul uçuşunda hər hansı bir məhdudiyyət yoxdur.

Qeyd olunan uçuşlarda səyahət etmək istəyən bütün sərnişinlərin uçuşun eniş saatından 48 saat öncə verilmiş Covid-19 testi olmalıdır.

Əlavə olaraq, Naxçıvana eniş zamanı bütün sərnişinlərin hərarəti ölçülərək hərarəti yüksək olanlara Covid-19 testi ediləcək, test nəticəsi negativ olanlar Naxçıvana giriş edə biləcək, pozitiv olanlar isə müalicəyə alınacaqdır.

Biletləri almaq üçün Türk Hava Yolları satış ofislərinə müraciət edə bilərsiniz.

Bilet qiyməti tək istiqamətdə 199 Avrodur.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir