Cümə , May 17 2024
azenru
Home / Xəbərlər / Türkiyədə turistlər üçün yeni cərimələr qüvvəyə minib

Türkiyədə turistlər üçün yeni cərimələr qüvvəyə minib

Türkiyə koronavirus pandemiyası ilə əlaqədar yeni məhdudiyyətlər tətbiq edib. Məhdudiyyətlər bu gündən etibarən qüvvəyə minib.

Türkiyənin Daxili İşlər Nazirliyinin “Koronavirusla Mübarizə Tədbirləri” adlı sənədinə istinadən verdiyi məlumata görə, yeni məhdudlaşdırıcı tədbirlər həm yerli sakinlərə, həm də turistlərə şamil olunur. Xüsusilə küçələrdə və ictimai nəqliyyat dayanacaqlarında siqaret çəkmək qadağan olunub. Məhdudiyyətlər Türkiyənin bütün vilayətlərində qüvvədə olacaq.

Ölkə hökuməti bildirir ki, bu, bir çox insanın siqaret çəkmə bəhanəsi ilə çıxardığı qoruyucu maskaların taxılmasına nəzarət edəcək.

Mütəxəssislərin fikrincə, turistlər sərbəst şəkildə yalnız hotel ərazisində və ya hava limanında xüsusi ayrılmış otaqlarda siqaret çəkə biləcəklər.

Bu qadağanı pozanlar 118 lirə (təxminən 15,3 dollar) məbləğində cərimələnəcək.

mənbə: apa.az

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir