Cümə , Noyabr 22 2024
azenru
Home / Nəqliyyat / Azərbaycanda qatar səyahətlərinin təşkilinə başlanılıb – İLK DƏFƏ

Azərbaycanda qatar səyahətlərinin təşkilinə başlanılıb – İLK DƏFƏ

Azərbaycanda ilk dəfə dəmir yolu turizminin inkişafı üçün yeni iri layihənin reallaşdırılmasına başlanılıb.

TravelNews.Az-ın Seyyah.az-a istinadən verdiyi xəbərə görə, bu məqsədlə ilk dəfə “Azərbaycan Dəmir Yolları” QSC və cəmiyyətin nəzdində fəaliyyətə başlayan “Railtravel” turizm şirkəti sifariş əsasında qatar səyahətlərinin təşkilinə başlayıb.

İlk belə səfər iyunun 16-da Bakı-Gəncə-Göygöl-Gəncə-Bakı marşrutu üzrə təşkil edilib. Belə ki, səfər üçün “Azərbaycan Dəmir Yolları” QSC 1 ədəd SV, 1 ədəd KP və 2 ədəd xidməti vaqon ayırıb. Həmin qatar iyunun 17-də səhər saatlarında Gəncəyə çatdıqdan sonra Bakı-Ağstafa-Qazax sərnişin qatarına, daha sonra isə Qazax-Ağstafa-Bakı sərnişin qatarına qoşulub.

“Railtravel” şirkətinin təsisçisi Oqtay Aslanov bildirib ki, dəmir yolu ilə səyahətin ən əsas üstünlüyü onun təhlükəsiz olmasıdır: “Qatarla səyahət həm də digər nəqliyyat vasitələri ilə müqayisədə daha rahat və komfortludur. Qatarla səhayətlər sərnişinlər üçün hər zaman maraqlı olub. Bu nəqliyyat növü ilə səyahət tələbələrin, şagirdlərin daha təhlükəsiz və maraqlı səyahət etməsi üçün çox yaxşı fürsət olacaq. Üstəlik, qiymətlər də oldquca münasibdir”.

“Məsələn, SV qatar 18 nəfər üçün (1 100 manat), KP – 36 nəfər (1 200 manat ), PL – 54 nəfərlik (1 512 manat) və ailələr üçün xidməti vaqon (900 manat) nəzərdə tutulub. Xidməti vaqonlar duş kabinası, konfrans zalı da daxil olmaqla hər cür şəraitlə təchiz edilib”, – deyə O.Aslanov əlavə edib.

Qeyd edək ki, dəmir yolu ilə bu cür səyahətlərin təşkili üçün 12 gün əvvəldən sifariş verilməlidir.

Bakı-Gəncə-Göygöl-Gəncə-Bakı istiqamətində təşkil edilən ilk səfər zamanı sərnişinlərə Göygöl Milli Parkı, Maralgöl Qoruğu, “Gəncə qapıları”, Nizami Gəncəvi məqbərəsi, “Butulka ev”, Şah Abbas məscidi (XVII əsr), Çökək hamam, Cavad xan türbəsi, Xan bağı və alman kilsəsinə səfər təşkil edilib.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …