Cümə , May 17 2024
azenru
Home / Tədbirlər / “Xəzinənin yeni inciləri” Azərbaycan Xalça Muzeyində

“Xəzinənin yeni inciləri” Azərbaycan Xalça Muzeyində

Noyabrın 16-da Azərbaycan Xalça Muzeyində “Xəzinənin yeni inciləri” adlı sərgi açılıb. Sərgi Azərbaycan Xalça Muzeyinin yaranmasının 50 illiyi çərçivəsində təşkil edilib.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək muzey əməkdaşlarını təbrik edib. Nazir Azərbaycan xalçasının tarixindən, ölkəmizdə xalçaçılığın inkişafından danışıb: “Xalça bizim mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Xalça ilə bağlı uğurlarımız çoxdur. Dövlət başçısının, ölkənin Birinci vitse-prezidentinin diqqəti və qayğısı nəticəsində bu gün xalçaçılıq sənətimiz dünyada geniş təbliğ edilir. “Azərbaycanın xalçası” sənəti 2010-cu il 15-18 noyabr tarixlərdə Keniya Respublikasının Nayrobi şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin X sessiyasında YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Bu hadisə Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısı, həmçinin, Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mümkün olub. Dövlət başçısan müvafiq göstərişi ilə inşa olunan Azərbaycan Xalça Muzeyinin yeni binasında bu gün ölkəmizin tarixi qorunur. Muzeyin binası paytaxtın ən gözəl memarlıq abidələri sırasındadır. Azərbaycan xalçaçılıq sənətini elmi kitablarda ayrı-ayrı kateqoriyalarda yaşadırıq. Bu gün elmi tədqiqatlar, xalçaçılığa aid elmi kitablar bu sahənin elmi kateqoriyaya aid olduğunu bir daha sübut edir”.

Nazir tədbir çərçivəsində ölkə başçısının müvafiq Sərəncamı ilə təltif olunmuş muzeyin bir qrup əməkdaşına fəxri adların nişan və vəsiqələrini təqdim edib.

Vurğulanıb ki, eksponatlar içərisində satın alınmış və ya hədiyyə olaraq qəbul edilmiş əşyalara da yer alır. Sərgidə bu siyahıdan olan yeddi dəyərli eksponat təqdim olunub. Onların arasında – incə tərtibatı ilə seçilən zinət əşyaları, nadir milli geyim nümunələri və XVII əsrin sonu – XVIII əsrin əvvəllərində Şirvanda toxunulmuş böyük dəyərə malik “Şamaxı” xalçası da var. Bu xalça hazırda muzeyin xovlu xalça kolleksiyasının ən qədim eksponatları siyahısındadır. Tarixi və bədii dəyəri ilə yanaşı, xalça muzeyin tarixində xarici hərracda əldə olunan ilk eksponat olması ilə maraqlıdır. Xalça 2017-ci ildə Avstriya auksion şirkətindən (AUSTRIA AUCTION COMPANY) əldə edilib.

 

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir