Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Destinasiyalar / Turizm sektorunda 87,7 milyard dollar gəlir qeydə alınıb – ÇİNDƏ

Turizm sektorunda 87,7 milyard dollar gəlir qeydə alınıb – ÇİNDƏ

Çin Xalq Respublikasının yaranma günü (1 oktyabr) və “Payızın ortası” bayramı ilə əlaqədar 8 günlük bayram tətili müddətində ölkə daxilində 705 milyon nəfər turist səyahəti edib.

TravelNews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu dövrdə turizm sektorunda 583,6 milyard yuan (87,7 milyard ABŞ dolları) gəlir qeydə alınıb. Həm turist sayında, həm də xərclənən maliyyə vəsaitində ötən illə müqayisədə müvafiq olaraq 11,9 və 13,9 faiz artım var. Turizm bumu öz növbəsində sərnişin daşınmasında artıma səbəb olub. Belə ki, bayramla əlaqədar ölkənin dəmir yolunda 110 milyondan çox sərnişin daşınıb.

Bayram tətilində xarici ölkələrə də turist səfərlərində artım müşahidə olunub. Statistikaya əsasən, bayram günlərində təxminən 6 milyon çinli xaricdə turist səfərində olub. Çinlilərin ən çox səfər etdikləri ölkələr arasında Rusiya, Tailand, Vyetnam, Sinqapur və Malayziya ön sıralardadır.

Qeyd edək ki, Çində yanvar-fevral aylarına təsadüf edən ay təqvimi üzrə yeni il və ÇXR-in yaranma günü ilə əlaqədar elan olunan bir həftəlik bayram günlərində həm ölkə daxilində, həm də xaricə turist səfərlərində hər il artım müşahidə olunur. Hazırda Çinin turizm sənayesinin dövriyyəsi 600 milyard dollara yaxındır. Çin Dövlət Şurasının 2016-2020-ci illər üçün turizm planına əsasən, bu rəqəm 2020-ci ildə 1 trilyon dolları keçməlidir. Beləliklə, turizm sektorunun ümumi daxili məhsuldakı (ÜDM) payı 12 faizə çatacaq

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir