Cümə , May 10 2024
azenru
Home / Nəqliyyat / Bakıdan Salonikiyə birbaşa aviareys açılacaq- TARIX

Bakıdan Salonikiyə birbaşa aviareys açılacaq- TARIX

Bakıdan Salonikiyə birbaşa aviareys açılacaq.

AZƏRTAC Yunanıstan KİV-lərinə istinadla xəbər verir ki, “Mouzenidis Group”a məxsus “Ellinair” hava yolları cari ilin yay aylarında Salonikidən Bakıya birbaşa aviareys açmaq niyyətindədir. Şirkət hazırda bununla bağlı danışıqlar aparır.

Heydər Əliyev Beynəlxalq Aeroportundan sorğuya cavab olaraq bildirilib ki, “Ellinair” aviaşirkəti bu il iyunun 15-isentyabrın 1-i tarixləri arasında çərşənbə axşamları “A319” tipli hava gəmisində Saloniki–Bakı–Saloniki (“Makedoniya” hava limanı) marşrutu üzrə 12 reys yerinə yetirməyi planlaşdırır.

Aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna sorğu göndərib. Sorğu Bakı aeroportu tərəfindən nəzərdən keçirilib və təsdiqlənib.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir