Şənbə , May 18 2024
azenru
Home / Tədbirlər / Bakıda “Paris” vorkşopu keçirildi- FOTOLAR

Bakıda “Paris” vorkşopu keçirildi- FOTOLAR

13 fevral Paris Turizm və Konqres Ofisi, Paris Regional Turizm Komitəsi tərəfindən vorkşop keçiridi.

 

JW Marriot Absheron  hotelində keçirilən tədbirin tərəfdaşları : Bateaux-Mouches gəmiləri, Lafayet qalereyası, Fontenblo və Versal qalaları , Buddha-Bar, Le Belmont, Mayfair, Plaza Elysées , Le Mathurin, Marriot Opera Ambassador, The Westin hotelləri və Le Cardon Bleu, Machefert group kulinariya məktəbləridir.

Vorkşopun məqsədi Paris və Paris bölgəsinin 2020-ci ildəki xəbərləri və inkişaf istiqamətlərini açıqlamaqdır.

Saat 15:00-da tədbir prezentasiya ilə başlandı. Prezentasiya zamanı Parisde 2020-ci ildə olacaq yeni turizm hadisələri, hər il keçirilən turizm tədbirləri, Fransız mətbəxi, Parisin əvəz olunmaz mirasları: 2198 tarixi abidələri, 191 muzeyi, 1000 incəsənət qalereyaları, 265 teatr və kabaretləri, 3 opera evi, 307 kinoteatr və Parisdə alış-veriş haqqında məlumatlar nümayiş olundu.

Prezentasiyadan sonra Azərbaycan turizm təmsilçiləri Parisin turizm təşkitlatları ilə daha yaxından tanış oldular.

Vorkşopun sonunda  lotereya oynanıldı və qaliblər müəyyən olundu.

Qeyd edək, ki bu tədbir 10 fevral Moskvada, 12 fevral Kiyevdə, 13 fevral isə Bakıda keçirilib.

 

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir