Bazar , Noyabr 24 2024
azenru
Home / Destinasiyalar / “Azərbaycanın turizm biznesində mütləq iştirak edəcəyik” – Tyerri Lavalle

“Azərbaycanın turizm biznesində mütləq iştirak edəcəyik” – Tyerri Lavalle

Azərbaycan “Grand Hotel Kempinski Geneva” üçün prioritet istiqamətlərdəndir.

TravelNews.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində hotelin baş direktoru Tyerri Lavalle deyib.

Onun sözlərinə görə, “Kempinski” ilk növbədə Azərbaycanın paytaxtında, Bakıda hotel açmağa üstünlük verir: “Əgər biz tərəfdaş tapsaq, mütləq Azərbaycanın turizm biznesində iştirak edəcəyik. Bakı həqiqətən də bizim üçün prioritet istiqamətdir. Hotel biznesində paytaxtdan başlamaq lazımdır, daha sonra isə ölkə daxilində genişlənməyi fikirləşmək olar”.

Qafqaz regionunda “Kempinski”nin iştirak perspektivlərindən danışan T.Lavalle deyib ki, bu region onlar üçün prioritetlər arasındadır: “Biz bu regionun uğurlu inkişafına inanırıq. Əlbəttə ki, biz ilk növbədə yaxın gələcəkdə Azərbaycanda hotel açmaq istərdik, daha sonra Gürcüstanda da iştirak haqqında düşünmək olar”.

T.Lavalle əlavə edib ki, Azərbaycanla yanaşı “Kempinski” Rusiya və Qazaxıstanda iştirak etməkdə maraqlıdır.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir