2018-ci ildə Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub.
TravelNews.Az xəbər verir ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1, 2 yanvar – Yeni il bayramı qeyri-iş günüdür. 31 dekabr bazar gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 3 yanvar qeyri-iş günü olacaq.
Beləliklə, Yeni il bayramı ilə əlaqədar 5 gün ardıcıl (30 dekabr – şənbə günü, 31 dekabr, 1, 2, 3 yanvar) iş olmayacaq.