Bazar , Noyabr 24 2024
azenru
Home / Tədbirlər / Nazir müavini Omanda bir sıra ikitərəfli görüşlər keçirib – FOTOLAR

Nazir müavini Omanda bir sıra ikitərəfli görüşlər keçirib – FOTOLAR

Mədəniyyət və Turizm Nazirinin müavini Nazim Səmədovun başçılığı ilə “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktoru Cavid Kazımov və Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Araz Bağırlının daxil olduğu  nümayəndə heyəti Oman Sultanlığında səfərdədir.

TravelNews.Az xəbər verir ki, YUNESKO və BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) birgə təşkilatçılığı ilə İkinci Ümumdünya Mədəniyyət və Turizm Konfransında iştirak edən Azərbaycan nümayəndə heyəti Oman tərəfi ilə bir sıra ikitərəfli görüşlər  keçirib.

Dekabrın 11-də Oman Sultanlığının turizm naziri  Əhməd bin Nasser Əl Məhrizi ilə görüşən Nazim Səmədov Oman vətəndaşlarının Azərbaycana ən çox səfər edən ölkə vətəndaşları sırasında 11-ci yerdə qərarlaşdığını və bu ölkədən gələn turistlərin sayında sürətli artımın müşahidə olunduğunu qeyd edib.

Nazir Əhməd bin Nasser Əl Məhrizi öz növbəsində Azərbaycanda bir neçə dəfə olduğunu, ölkəmizin mədəniyyətinə, mətbəxinə, musiqisinə heyran qaldığını bildirib. Nazir qeyd edib ki, Azərbaycan kimi ölkələr məhz öz mədəniyyətini dünya turizm bazarına çıxarmaqla böyük turist kütləsini cəlb etməyə qadirdir. Görüşün sonunda Omanlı nazir Nazim Səmədova xatirə hədiyyəsini təqdim edib.

Dekabrın 12-də “Oman Air” şirkətinin baş direktoru və kommersiya üzrə vitse- prezidenti Əbdulrəhman Əl Busaydi və Oman Sultanlığının turizm nazirinin müavini Mayta Saif Məcid Əl Məhruqi ilə Nazim Səmədov arasında keçirilən görüşdə Omandan Azərbaycana gələn turistlərin sürətli artımı, bu artımın hava yolları şirkətləri üçün yaratdığı imkanlar müzakirə edilib. N. Səmədov “Oman Air” şirkətinin ölkəmizə birbaşa reys açılması perspektivlərinin araşdırılmasının önəmini, ölkəmizin əlverişli mövqeyinin başqa coğrafiyalara çıxışı asanlaşdırdığını vurğulayıb.  Əbdulrəhman Əl Busaydi və Mayta Sayif Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını, əməkdaşlığın genişləndirilməsi məqsədilə 2018-ci ilin mart ayında keçiriləcək İTB Berlin – beynəlxalq turizm sərgisi çərçivəsində özəl sektor nümayəndələrinin görüşməsi üçün əlverişli zəmin yarandığını bildiriblər. Görüşdə ölkələrimiz arasında turizm əlaqələrinin gücləndirilməsi və yeni inkişaf müstəvisinə çıxması üçün birgə turizm komissiyasının fəaliyyəti razılaşdırılıb.

Səfər çərçivəsində həmçinin N.Səmədov ilə Bəhreyn Turizm və Sərgilər Təşkilatının Baş direktoru Xaled Bin Hamud Əl Xəlifə, İraq mədəniyyət, turizm və antik əşyalar  naziri Firyad Hassan, İran Mədəni İrs, Əl işləri və Turizm Təşkilatının sədrinin müavini Mohammed Moheb Xudai və Dünya Bankının şəhərlər üzrə aparıcı mütəxəssisi Ahmed Eyveyda arasında da ikitərəfli görüşlər keçirilib.

Səfərin sonunda mədəniyyət və turizm nazirinin müavini Muskat şəhərinin Əsas Məscidi, Muskat Opera Evi, Sultan Sarayı və Oman Milli Muzeyi daxil olmaqla Muskatda yerləşən bir neçə mədəniyyət obyekti ilə tanış olub.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir