Martın 2-dən etibarən Etihad Airlines Abu Dabi – Bakı – Abu Dabi birbaşa reysini həyata keçirməyə başlayacaq.
TravelNews.Az şirkətin rəsmi saytına istinadən xəbər verir ki, uçuşlar həftədə üç dəfə – çərşənbə, cümə və şənbə günləri olacaq. Bakıdan gediş-dönüş bileti 175 avrodan başlayır. Qiymətə 23 kq baqaj da daxildir.
Qeyd edək ki, “Etihad Airways” dünyanın ən lüks xidmət göstərən aviaşirkətlərindən biridir.