Novruz bayramı münasibətilə martın 13-də İsmayıllıda yaşayan imkansız ailələrə bayram sovqatı paylanılıb.
Turizm.Az Şirkətlər Qrupunun təşkilatçılığı, albilet.az və Ailə, qadın, uşaq problemləri üzrə İsmayıllı uşaq və ailələrə dəstək mərkəzinin dəstəyi ilə keçirilən tədbirdə 12-dən çox ailə geyim və ərzaqla təmin olunub.
İsmayıllının Talıstan, Qurbanəfəndi, Xanagah, Quşencə kəndlərinə yollanan təşkilatçılar əlil, kimsəsiz, aztəminatlı və yardıma daha çox ehtiyacı olan şəxslərə bayramlaşıb, onlara bayram sovqatlarını təqdim ediblər.
Turizm.Az Şirkətindən verilən məlumata görə, bu tədbirlər ənənəvi hal alacaq. Şirkət bütün turizmçiləri bu cür xeyriyyə aksiyalarında yaxından iştirak etməyə çağırıb.