Cümə , May 3 2024
azenru
Home / Tədbirlər / Ölkəmiz “MITT 2018” beynəlxalq turizm sərgisində təmsil olunur

Ölkəmiz “MITT 2018” beynəlxalq turizm sərgisində təmsil olunur

Martın 13-15-i tarixlərində Rusiyanın Moskva şəhərində keçirilən “MITT 2018” beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi təmsil olunur.  

TravelNews.Az xəbər verir ki, bu məqsədlə nazirliyin Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov və Planlaşdırma və inkişaf sektorunun məsləhətçisi Ümid Məcidli iştirak edirlər. Ölkəmizi Nazirliklə yanaşı Milli Turizm Təbliğat Bürosu, Azərbaycan Konqreslər Bürosu, “Şahdağ” Turizm Mərkəzi QSC, Azərbaycan Hava Yolları QSC (AZAL),“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” publik hüquqi şəxs, Nazirliyin Rusiya Federasiyasındakı turizm nümayəndəliyi “Tour A Vent” şirkəti,   eləcə də 20 yerli turizm şirkəti və 5 mehmanxana təmsil edir.

Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 90 kv.m sahədə xüsusi layihə əsasında milli stend quraşdırııb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün rus və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.

Qeyd edək ki, 2002-ci ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri “MITT 2018” beynəlxalq turizm sərgisində iştirak edir. Tədbirdə ölkəmiz ilə yanaşı, bir sıra ölkələrdən 2000-ə yaxın şirkət təmsil olunur.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir