Şənbə , Noyabr 23 2024
azenru
Home / Destinasiyalar / Skandinaviyalı səyahətçilər Mərakeşdə qətlə yetirilib

Skandinaviyalı səyahətçilər Mərakeşdə qətlə yetirilib

Skandinaviyalı səyahətçilər Mərakeşdə qətlə yetirilib.

Norveçdən gələn Louisa Jespersen (24) və Maren Ueland (28) adlı iki qadın səyahətçi Mərakeşdə, Atlas Dağlarında qətlə yetirilib. Cənub Şərqi Norveç Universitetinin mədəniyyət sahəsində təhsil alan tələbələri olan bu iki gənc, Mərakeş ərazisində bir aylıq səyahətə çıxıb. Hesab olunana görə, onların növbəti destinasiyası  Şimali Afrikanın ən yüksək nöqtəsi – Tukbal dağı imiş. Onlar bu traektoriya üzrə hərəkət edərkən, kiçik İmlil kəndi yaxınlığında qətlə yetirilib.

Rəsmilərin verdiyi məlumata görə hadisə terror aktı ola bilər. Belə ki, İNSİDER tərəfindən iddia olunana görə turistlərin qətlə yetirildiyi anlar videoya çəkilib və onlayn olaraq paylaşılıb.  Videoda Jesperson olduğu hesab olunan gözü bağlı qadının boğazı kəsilərək qətlə yetirilməsi öz əksini tapıb. Videodakı şəxs, bunun intiqam məqsədli olduğunu bildirib. İŞİD bu hadisə ilə əlaqəsini inkar edib.

Qətllə əlaqədar olaraq, şübhəli bilinən 4 şəxs saxlanılıb və araşdırmalar davam edir.

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir