Bazar , Noyabr 24 2024
azenru
Home / Nəqliyyat / Metroda relsə yıxılan insana necə kömək etmək lazımdır?

Metroda relsə yıxılan insana necə kömək etmək lazımdır?

Metro şəhər daxilində hərəkət etmək üçün kifayət qədər təhlükəsizdir, lakin sərnişin platformasında olarkən relslərə düşmək təhlükəsi ola bilər.

Bakı metropoliteni bu cür hallarda tövsiyyələr verir:

  • Sərnişin platformasının hüdudlarında yola yıxılarkən, ilk öncə düşdüyünüz yerdən tərpənməmək, həmin yerdə qalmaq məsləhətdir. Özbaşına sərnişin platformasına qalxmağa cəhd etsəniz, elektrik gərginliyi altına düşə bilərsiniz.
  • Əvvəlcə qatar gözlənilən tərəfə baxmaq, qatarın gəlib-gəlmədiyini müəyyən etmək lazımdır.
  • Əgər qatar artıq yaxınlaşırsa, başınız qatar gələn istiqamətə olmaqla üzü aşağı relslərin arasındakı qanova uzanmaq və tərpənməmək lazımdır.

Relslər arasındakı boşluğa uzandıqdan sonra başınızı qatarın əks istiqamətində qoymayın, Niyə? Çünki hava axını nəticəsində əyninizdəki paltar qatara ilişə bilər, bu isə sizə ciddi ziyan vura bilər.

  • Əgər qatar və ya qatarın işığı hələ görünmürsə, düşdüyünüz yerdə qalmaq şərtilə özünüz və ya digər şərnişinlər vasitəsilə metropoliten əməkdaşına və ya polis əməkdaşına məlumat vermək lazımdır ki, təhlükəsizliyinizi təmin etmək şərtilə Sizi yoldan çıxarsınlar.

Unutmayın, relsə yıxılan şəxsə kömək etmək məqsədi ilə heç vaxt əlinizi uzatmayın bu zaman cərəyan sizə keçə bilər.

Travelnews.az

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir