Çərşənbə axşamı , May 14 2024
azenru
Home / Digər / Qəbələ İslam Turizm Paytaxtı elan edilib

Qəbələ İslam Turizm Paytaxtı elan edilib

Azərbaycanın dünyada əsas turizm şəhərlərindən biri kimi tanınan Qəbələ 2020-ci il üçün İslam Turizm Paytaxtı elan edilib.

Bu qərar İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi, Azərbaycan Respublikası və İƏT-in institutları ilə birgə elan edilib.

İslam Turizmi Paytaxtı hər il İƏT üzv dövlətlərlə məsləhətləşmələr nəticəsində seçilir.

Məlumata görə, İƏT Azərbaycan Respublikası ilə koordinasiyalı şəkildə turizmin, mədəniyyətin inkişaf etdirməsini əhatə edən hərtərəfli proqramın inkişafını davam etdirir.  Belə ki, 2020-ci il Qəbələ üçün çox vacib il olacaq, şəhər İƏT ölkələrinin Turizm üzrə Nazirlər Şurasının 11-ci iclasına ev sahibliyi edəcək.

Avropa Azərbaycan Məktəbinin təsisçisi Tale Heydərov bildirib ki, Qəbələnin 2020-ci il üçün İslam Turizm Paytaxtı elan edilməsi şəhər üçün böyük şərəfdir: “İƏT dünyanın 57 ölkəsini,1,8 mlrd əhalini birləşdirən güclü səsdir, tribunadır. Şəhərin İslam Turizm paytaxtı elan edilməsi Qəbələnin turizmini və yerli iqtisadiyyatını inkişaf etdirəcək”.

T.Heydərov əlavə edib ki, Azərbaycan dünyada qədim tarixi, heyrətamiz mədəniyyəti, adət-ənənəli ilə tanınır, lakin Bakı ilə yanaşı, regionlar da kəşf edilməlidir: “Yalnız İslam dünyasını deyil, həmçinin bütün turistləri bu heyrətamiz şəhəri kəşf etməyə çağırıram. Qəbələ şəhəri hər mövsüm və hər yaşda olan turistlər üçün maraqlı fəaliyyət növləri təqdim edir. Bu şəhərdə hər il Qəbələ Beynəlxalq Musiqi Festivalı təşkil edilir. Bütün Cənubi Qafqazda ən böyük xizək kompleksi olan Tufandağ Xizək Kompleksi Qəbələdə yerləşir”.

Qeyd edək ki, Qəbələ turistlərin Azərbaycanda ən çox üz tutduğu 4 regionun içərisində ilk sırada yer alıb. Turistlərin Azərbaycanda ən çox getdiyi 4 rayon – Qəbələ, Quba, Şəki və Qusardır.

Report

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir