“Azərbaycan Hava Yolları” QSC koronavirusun yayılmasının qarşısının alınması məqsədilə aktiv şəkildə vətəndaşları karantin qaydalarına riayət etməyə çağırır.
QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, “COVID-19” virusu ilə mübarizə çərçivəsində yeni #EVDƏQAL kampaniyasına start verir və ölkənin bütün strukturlarını bu təşəbbüsü dəstəkləməyə çağırır.