Bazar ertəsi , May 20 2024
azenru
Home / Xəbərlər / Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 8%-dən çox artıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 8%-dən çox artıb

Dekabr ayında Gürcüstana Azərbaycandan səfər edənlərin sayı 122 591 nəfər təşkil edib.

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.

İllik müqayisədə Gürcüstana səfər edən azərbaycanlı ziyarətçilərin sayı 9 888 nəfər və ya 8,8% artıb.

Ötən ay Azərbaycan qonşu ölkəyə səfər edən əcnəbilərin sayı baxımından ikinci yeri tutub. Birinci yerdə 134 214 nəfərlə Ermənistan, üçüncü yerdə isə 80 701 nəfərlə Türkiyə vətəndaşları qərarlaşıb.

Hesabat ayında qonşu ölkə, ümumilikdə, 667 612 əcnəbi ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 16,4% çoxdur.

Mənbə: Report.az

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir