Şənbə , May 18 2024
azenru
Home / Xəbərlər / AZAL-ın pilotu uçuş zamanı bir neçə dəfə kabinəni tərk etdi – Video

AZAL-ın pilotu uçuş zamanı bir neçə dəfə kabinəni tərk etdi – Video

AZAL aviaşirkətinin rəsmiləri Bakıdan Moskvaya uçuş zamanı idarəetmə kabinəsini bir neçə dəfə tərk edən pilotla bağlı araşdırma aparacağını bildiriblər.

Bakıdan Moskvaya uçuş edən və AZAL aviaşirkətinə məxsus olan Airbus A320 təyyarəsinin komandiri bir neçə dəfə kabinədən çıxaraq, təyyarədə olan tanışı ilə söhbət edib. Bu isə özlüyündə sərnişinlərin qorxu və həyəcanına səbəb olub. Hadisəni telefonla görüntüyə alan sərnişinlər sosial şəbəkədə paylaşım ediblər.

Sərnişinlər pilotun (əldə olunan məlumata görə adı Tahir Zərbəliyevdir) bu davranışına etiraz edərkən, o, heç bir təhlükənin olmadığını deyərək, ailə dostu ilə danışmaq istədiyini bildirib.

Lakin sərnişinlər laynerin mütəmadi hava burulğanına düşməsindən narahat olublar.

AZAL aviaşirkətinin rəsmiləri sərnişinlərin şikayəti və sosial şəbəkələrdə yayılan qalmaqallı video görüntülərdən sonra hadisə ilə bağlı araşdırma aparacağını bildiriblər.

Video: https://www.youtube.com/watch?v=7i8awxoONPI

Mənbə: Ted.az

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir