“Airbus” təyyarələri istehsal edən şirkətin rəhbəri Giyom Fori işçilərinə şirkətin koronavirus pandemiyasının təsiri səbəbindən xərcləri azaldacağı barədə xəbərdarlıq edib.
TASS-dan aldığımız məlumata görə, korporasiya artıq sərnişin təyyarələrinin istehsalını 30 faizdən çox azaldıb.
“Biz əvvəllər görünməmiş bir nisbətdə pulumuzu itiririk ki, bu da şirkətimizin mövcudluğunu sual altında qoyur”, – G.Fori bildirib.
“Airbus”un başçısı şirkətin xilas edilməsi üçün xərcləri dərhal azaltmağın vacib olduğunu deyib.
Bundan əvvəl korporasiya sərnişin təyyarələrinin istehsalını üçdə bir qədər azaldıb.
Trend.az