COVID-19 koronavirus infeksiyası pandemiyasının davam etməsi, habelə “Azərbaycan Hava Yolları” və Buta Airways aviaşirkətlərinin uçuşlar yerinə yetirdiyi ölkələrin sərhədlərinin bağlanması ilə əlaqədar, 2020-ci ilin 15 iyun tarixinədək (15 iyun daxil olmaqla) uçuş tarixi ilə aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılmışdır. ⠀ Alternativ olaraq, sərnişinlərə aviabiletin dəyərinə bərabər olan vauçerlər və …
Read More »Qərargah: Beynəlxalq uçuşlar iyunun 15-dən bərpa edilə bilər
“Beynəlxalq uçuşların bərpası müzakirə olunur”. Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. R. Bayramlı qeyd edib ki, daxildə və xarici ölkələrdəki durum nəzərə alacaq: “Beynəlxalq uçuşların iyunun 15-dən bərpa edilməsi mümkün ola bilər”.
Read More »Bu gecə Türkiyədən gətiriləcək Azərbaycan vətəndaşları karantin zonalarına yerləşdiriləcək
Xarici ölkələrlə sərhəddə qalan vətəndaşların gətirilməsi ilə bağlı işlər davam etdirilir. Bu gecə Türkiyədən 135 nəfər gələcək və karantin zonalarına yerləşdiriləcək. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, vətəndaşlarımızın xüsusi çarter reysi ilə gətirilməsi mərhələli davam edir: “Rusiya-Azərbaycan səRhədində …
Read More »Bakı-Naxçıvan arasında sərnişindaşıma zəruri hallarda həyata keçirilir
Bakı-Naxçıvan arasında sərnişindaşıma zəruri hallarda həyata keçirilir. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, Bakı-Naxçıvan arasında gediş-gəlişə qoyulan məhdudiyyət insanların təhlükəsizliyi üçündür: “Hərbçilərin daşınması və digər zəruri proseslər müəyyən şərtlər əsasında baş tutur. Bu istiqamətdə qoyulan qadağalar …
Read More »“Georgian Airways” uçuşları bərpa edir – TARİX
“Georgian Airways” şirkəti iyulun 1-dən etibarən müntəzəm uçuşları bərpa edəcək. Bu barədə aviaşirkətin “Facebook” səhifəsində bildirilir. Qeyd olunub ki, Gürcüstan Mülki Aviasiya Agentliyinin koronavirus pandemiyası səbəbindən uçuşların dayandırılması ilə bağlı qərarı iyunun 30-dək qüvvədə olacaq, qadağanın götürülməsindən etibarən şirkət müntəzəm uçuşları bərpa edəcək. Apa
Read More »Turkish Airlines yeni kampaniyaya start verir
Turkish Airlines yeni kampaniyaya başlayır. Kampaniyanın satış müddəti may ayının 13-dən 22 kimidir. Aşağıda təyinat yeri və ümumi qiymətlər qeyd olunub. Qeyd edək ki, 1 qrupun satış müddəti may ayının 13-dən 20-22 kimidir. Səyahət müddəti 1 avqustdan 31 dekabra kimidir. 2-ci qrup satış müddəti may ayının 13-dən 20-22 kimidir. Səyahət …
Read More »Formula 1 Azərbaycan Qran Prisinə alınmış biletlərlə bağlı AÇIQLAMA
Koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmış Formula 1 üzrə 2020-ci il Azərbaycan Qran Prisinə alınmış biletlərlə bağlı məsələyə Bakı Şəhər Halqası (BŞH) aydınlıq gətirib. BŞH-dən verilən məlumata görə, alınan biletlər hələ də qüvvədədir. Lakin BŞH biletlərin qaytarılması üçün də şərait yaradıb. Belə ki, əgər kimsə bileti qaytarmaq istəyirsə, [email protected] email …
Read More »Bakı Metropoliteni sabahdan fəaliyyətini bərpa edir
Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq “Bakı Metropoliteni”nin fəaliyyətinin 9 may 2020-ci il saat 06.00-dan etibarən bərpa edilməsinə dair qərar verilib. Bu barədə TravelNews.Az Nazirlər Kabineti yanında Operativ Qərargahdan xəbər verir. “Bakı …
Read More »AZAL: 212 Azərbaycan vətəndaşı çarter reysi ilə İstanbuldan Bakıya gətirilib
7 may tarixində Azərbaycanın milli aviaşirkəti tərəfindən İstanbuldan Bakıya iki çarter reysi həyata keçirilib. Həmin reyslərlə 212 Azərbaycan vətəndaşı Bakıya gətirilib. “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Mətbuat xidmətindən REAL-a bildirilib ki, daha əvvəl bu həftə AZAL aviaşirkəti tərəfindən Moskvdan Bakıya daha bir çarter reysi həyata keçirilib. Həmin reysdə 169 nəfər həmvətənlimiz olub. …
Read More »Xaricdə olan vətəndaşlarımız yaxın vaxtlarda ölkəyə gətiriləcək
Xaricdə olan vətəndaşlarımız yaxın vaxtlarda xüsusi çarter reysləri ilə ölkəyə gətiriləcək. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının xarici ölkələrdən gətirilməsi məsələsi daim müzakirə olunur: “Lakin onların yerləşdirilməsi üçün müəyyən yerlər olmalıdır ki, karantində normal şəraitdə saxlanılsınlar. …
Read More »