Şənbə , May 4 2024
azenru
Home / Xəbərlər (page 18)

Xəbərlər

Bir neçə turizm müəssisəsinə giriş pulsuz olacaq

Dövlət Turizm Agentliyi xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması, Ramazan bayramı, Respublika Günü və Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə daxili turizmin inkişafına dəstək məqsədilə mayın 19-dan iyunun 2-dək tabeliyində olan bir neçə turizm müəssisəsinə girişi ödənişsiz edir. Ziyarətçilər aşağıda adları qeyd olunan turizm obyektlərinə sosial …

Read More »

Azərbaycan otelləri mövsümə hazırlaşır – YENİ QİYMƏTLƏR

Azərbaycanın tanınmış istirahət mərkəzi otelləri 2020-ci ilin turizm mövsümünə hazırlaşırlar. Turizm sektorundan verilən məlumata görə, karantin rejiminin mayın sonuda başa çatması və artıq iyunun 1-dən etibarən otellərin turistləri qəbul edəcəyi gözlənilir. Artıq bəzi otellər qiymətləri də açıqlayıblar. Belə ki, «Quba Palas Otel»də 2 nəfərlik otaq günü 120 manat, həftə sonu üçün …

Read More »

Yeni tələblərin şamil olunacağı turizm subyektlərinin sayı arta bilər

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən ölkənin turizm sənayesində sanitariya və gigiyena qaydalarına əməl olunmasının effektivliyini təmin etmək məqsədilə hazırlanan Sanitariya və Gigiyena Metodları və Normaları Proqramının (SAHMAN – Sanitation and hygiene methods and norms) gələcəkdə turistlərə xidmət göstərən digər subyektlərə şamil olunacağı da gözlənilir. Bunu Azərbaycan Turizm …

Read More »

Bakı-Naxçıvan arasında sərnişindaşıma zəruri hallarda həyata keçirilir

Bakı-Naxçıvan arasında sərnişindaşıma zəruri hallarda həyata keçirilir. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, Bakı-Naxçıvan arasında gediş-gəlişə qoyulan məhdudiyyət insanların təhlükəsizliyi üçündür: “Hərbçilərin daşınması və digər zəruri proseslər müəyyən şərtlər əsasında baş tutur. Bu istiqamətdə qoyulan qadağalar …

Read More »

Türkiyədə turizm mövsümünün mümkün başlama tarixi açıqlanıb

Türkiyədə daxili turizm mövsümü 28 Mayda başlaya bilər. Bu barədə NTV kanalının efirində mədəniyyət və turizm naziri Mehmet Ersoy deyib. M.Ersoy bildirib: “Heç bir problem olmasa, turizm 28 May ətrafında daxili turist hərəkəti ilə başlayacaq”. Nazir əlavə edib ki, koronavirus infeksiyası statistikasının azalması davam edərsə, daxili uçuşlar may ayının sonunda …

Read More »

“Georgian Airways” uçuşları bərpa edir – TARİX

“Georgian Airways” şirkəti iyulun 1-dən etibarən müntəzəm uçuşları bərpa edəcək. Bu barədə aviaşirkətin “Facebook” səhifəsində bildirilir. Qeyd olunub ki, Gürcüstan Mülki Aviasiya Agentliyinin koronavirus pandemiyası səbəbindən uçuşların dayandırılması ilə bağlı qərarı iyunun 30-dək qüvvədə olacaq, qadağanın götürülməsindən etibarən şirkət müntəzəm uçuşları bərpa edəcək. Apa

Read More »

Turkish Airlines yeni kampaniyaya start verir

Turkish Airlines yeni kampaniyaya başlayır.  Kampaniyanın satış müddəti may ayının 13-dən 22 kimidir. Aşağıda təyinat yeri və ümumi qiymətlər qeyd olunub. Qeyd edək ki, 1 qrupun satış müddəti may ayının 13-dən 20-22 kimidir. Səyahət müddəti 1 avqustdan 31 dekabra kimidir. 2-ci qrup satış müddəti may ayının 13-dən 20-22 kimidir. Səyahət …

Read More »

Yunanıstanda ölkədaxili səyahətlərə icazə veriləcək

Mayın 18-dən başlayaraq Yunanıstanda ölkədaxili səyahətlərə icazə veriləcək. Bunu ölkə hökumətinin rəsmi nümayəndəsi Stelios Petsas deyib. Onun sözlərinə görə, Yunanıstanın kontinental hissəsi ilə yanaşı Krit adasına gəmi səfərləri açılacaq. Bundan başqa, mayın 18-dən lisey və gimnaziyaların birinci və ikinci sinif şagirdləri dərslərə qayıdacaq. Ölkə ərazisində 500-dən çox çimərlik də müəyyən …

Read More »

İslandiya turistlər üçün sərhədləri açır- TARIX

İslandiya iyunun 15-dən turistlər üçün sərhədləri açır. TravelNews.Az  “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bunu ölkənin baş naziri Katrin Yakobsdouttir deyib. Onun sözlərinə görə, ölkəyə gələnlər üçün ikihəftəlik karantin də ləğv edilir, lakin turistlər ekspress-testdən keçməli olacaqlar. Qeyd edək ki, İslandiyada 1802 nəfər koronavirusa yoluxub, 10 nəfər koronavirusdan vəfat edib.  

Read More »