Şənbə , May 18 2024
azenru
Home / Xəbərlər (page 16)

Xəbərlər

Türkiyə Azərbaycanla hava sərhədini açır

İyunun 15-dən etibarən Türkiyədən Azərbaycana uçuşlar bərpa olunacaq. Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib. Məlumata görə, iyun ayında mərhələli şəkildə 40 ölkəyə uçuşlar bərpa ediləcək. İlk uçuşlar iyunun 10-dan Şimali Kipr Türk Respublikası, Bəhreyn, Bolqarıstan, Qətər və Yunanıstana olacaq. Qeyd edək ki, Azərbaycan tərəfi beynəlxalq uçuşların bərpası ilə …

Read More »

Azərbaycanın turizm potensialının tanıdılması onlayn platformalar vasitəsilə aparılır

Azərbaycan Turizm Bürosu tərəfindən dünyada yaranmış cari vəziyyət nəzərə alınaraq Azərbaycan haqqında məlumatlılığın saxlanılması və genişləndirilməsi məqsədilə keçirilən onlayn vebinarlar və görüşlər davam etdirilir. May ayı ərzində Azərbaycan Turizm Bürosu tərəfindən Hindistan, Çin, Cənubi Koreya, BƏƏ, İsrail, Rusiya, Belarus, Ukrayna, Polşa, Almaniya, Avstriya, İsveçrə və bir sıra digər Avropa ölkələrindən …

Read More »

Çexiya ilə Slovakiya arasında sərhədlər sabah açılır

İyunun 4-də Çexiya ilə Slovakiya arasında sərhədlər tam açılacaq. Sabahdan etibarən iki ölkə arasında sərnişin və yük daşımaları məhdudiyyətsiz olaraq həyata keçiriləcək. Bu barədə Çexiyanın Baş naziri Andrey Babiş və slovakiyalı həmkarı İqor Matoviç arasında razılıq əldə olunub. Qeyd edək ki, pandemiya müddətində hər iki ölkə sərhədləri bağlamışdı. Bu günədək …

Read More »

Daha bir ölkə Azərbaycan üçün – SƏRHƏDLƏRİNİ AÇDI

Çernoqoriya hökuməti iyunun 1-dən etibarən bir sıra ölkə vətəndaşlarına karantinə riayət etmədən və koronavirus testindən keçmədən ölkəyə gəlmələrinə icazə verir Nəşr qeyd edir ki, bazar ertəsindən etibarən ölkəyə Azərbaycan, Albaniya, Avstriya, Bolqarıstan, Danimarka, Misir, Finlandiya, Gürcüstan, Xorvatiya, Çexiya, İslandiya, İsrail, Latviya, Litva, Lüksemburq, Macarıstan, Monako, Almaniya, Norveç, Slovakiya, Sloveniya, İsveçrə …

Read More »

Azərbaycana səfər edən Türkiyə vətəndaşlarından 90 günədək viza tələb olunmayacaq

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Saziş müzakirəyə çıxarılıb. Sazişdə Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir. Müzakirələr zamanı bildirilib ki, viza məsələsinin aradan …

Read More »

Türkiyədə bir sıra daxili uçuşlar bərpa edilir

Türkiyədə iyunun 1-dən bir sıra daxili uçuşlar bərpa edilir. Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu ölkənin nəqliyyət və infrastruktur naziri Adil Karaismayıloğlu deyib. Onun sözlərinə görə, ilk uçuşlar İstanbuldan Ankaraya, İzmirə, Antalyaya və Trabzona həyata keçiriləcək. Digər hava limanlarından uçuşlar mərhələli şəkildə bərpa ediləcək: “İlk uçuş yerli vaxtla saat …

Read More »

Turizmə göstərilən dövlət dəstəyinin məbləği açıqlandı

Koronavirus pandemiyası dövründə turizm sahəsi üzrə çalışan sahibkarlara verilən məbləğ açıqlanıb. TravelNews.Az xəbər verir ki, bunu ATV-nin efirində Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib. Onun sözlərinə görə, bu dövrdə dövlət hotellərdə, obyektlərdə dezinfeksiya və digər xərcləri nəzərə alıb və şirkətlər üçün güzəştlər edir: “Mayın 15-dək hotelçilər və …

Read More »

Rusiya və Türkiyədə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi təmin olunacaq

Rusiya və Türkiyədə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi təmin olunacaq. Bunu  Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər gedir: “Rusiyada qalan vətəndaşların Azərbaycana gətirilməsi ilə bağlı hər iki ölkə tərəfindən işlər aparılır. Vətəndaşların Türkiyə və Rusiyadan …

Read More »

Bu gün London-Bakı reysi ilə vətəndaşlarımız Azərbaycana gətiriləcək

Mayın 30-da London-Bakı reysi ilə 40-50 nəfərin ölkəyə gətirilməsi nəzərdə tutulur. Bunu mayın  Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. Onun sözlərinə görə, iyunun birinci həftəsində isə ABŞ-dan çarter reyslərin təşkili məsələsi nəzərdən keçirilir.

Read More »