Bazar ertəsi , Aprel 29 2024
azenru
Home / Xəbərlər (page 31)

Xəbərlər

Moskvada 50-yə yaxın aviareys təxirə salındı

Moskvanın “Vnukovo”, “Domodedovo” və “Şeremetyevo” hava limanlarında 49 reys təxirə salınıb, 6 reys isə ləğv edilib. Bunun səbəbi isə şəhər ərazisində qeydə alınan dumanla əlaqədardır. Qeyd olunur ki, “Vnukovo”da 24, “Domodedovo”da 13, “Şeremetyevo”da isə 12 reys təxirə salınıb. Trend.az

Read More »

Tanınmış rəssamlar “Şahdağ”da bölgənin turizm imkanlarını rəsmə köçürdülər

Martın 3-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Şahdağ” Turizm Mərkəzində “Art Zone Week” adlı rəngkarlıq simpoziumu çərçivəsində Azərbaycanın tanınmış rəssamlarının yekun sərgisi keçirilib. Azərbaycanın əməkdar rəssamları Müseyib Əmirov, Elyar Əlimirzəyev, Vüqar Muradov, Eldar Qurbanov, Yelena Haqverdiyeva, eləcə də tanınmış rəssamlar Rəna Məmmədova, Anar Hüseynzadə, Emin Əskərov, …

Read More »

AZAL dezinfeksiya işlərinə başladı -VİDEO

“Azərbaycan Hava Yolları” QSC Çində yayılmış koronavirusunun Azərbaycanda yayılması ehtimalını nəzərə alaraq dezinfeksiya işlərinə başlayıb. Proses Heydər Əliyev Beynəlxalq Aeroportunu, eləcə də AZAL-ın sərnişin təyyarələrini əhatə edir.   Video: https://www.youtube.com/watch?v=DvuxHO6hOPw  

Read More »

Parisin Luvr muzeyi bağlanıb

Korona virusunun yayılmasından sonra Parisin Luvr muzeyi bağlanıb. Parisin Luvr muzeyi koronavirus səbəbindən qapılarını ziyarətçilərin üzünə açmayıb. Muzeyin işçiləri koronavirusa yoluxmaq qorxusundan işə çıxmaqdan imtina ediblər. Rəhbərliyin səylərinə baxmayaraq, işçiləri dilə tutmaq mümkün olmayıb. Qeyd edək ki, koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində bir sıra kütləvi tədbirlər ləğv edilib, …

Read More »

Bakıdan Dubaya uçan təyyarə yarı yoldan geri qayıtdı- Səbəb

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün saat 10:12-də Bakıdan Dubaya yola düşən J2-011 nömrəli reysində hava gəmisinin kapitanı geri qayıtmaq qərarı verib və Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş üçün icazə istəyib. Planlaşdırılmamış eniş texniki səbəblər üzündən baş verib. Təyyarə saat 10:44-də Bakının aeroportunda uğurlu eniş edib.  

Read More »

Dövlət Turizm Agentliyi ilə İCOMOS əməkdaşlığının perspektivləri müzakirə olunub

UNESCO-nun Parisdə yerləşən baş qərargahında Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti qurumun Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şurasının (İCOMOS) baş direktoru Mari-Lor Lavenir (Marie-Laure Lavenir) ilə görüşüb.   Ölkəmizin UNESKO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimovun da iştirak etdiyi görüşdə Turizm Agentliyi ilə …

Read More »

AZAL Bakı-Tehran reysini məhdudlaşdırdı

Mövcud epidemioloji vəziyyətlə əlaqədar “Azərbaycan Hava Yolları” QSC (AZAL) İrana və İrandan olan reyslərə bir sıra məhdudiyyətlər tətbiq edir. Bu barədə AZAL-ın açıqlamasında bildirilir. Məlumatda deyilir ki, bu gündən aviaşirkətin aşağıbüdcəli törəməsi “Buta Airways”in Tehran-Bakı istiqaməti üzrə yerinə yetirilən reyslərinə yalnız Azərbaycan vətəndaşları, Bakı-Tehran reyslərinə isə yalnız İran vətəndaşları buraxılacaq. …

Read More »

Azərbaycan İranla sərhədi bağladı

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus riskinin yayılması ilə əlaqədar 29 fevral 2020-ci il tarixindən saat 16.00-dan etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunub. Bu barədə Azərbaycan Respublikası Nazirlər …

Read More »

Hotellərə ulduzların verilməsi qaydaları açıqlanıb

Fevralın 27-də Milli Ulduz Təsnifatı Sistemi barəsində təlim keçirilərək Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərə ulduzların verilməsi prosedurları açıqlanıb. Travelnews.az xəbərə verir ki, təlim zamanı iştirakçılar ulduzlaşma qaydaları, tətbiq olunma metodu, lazımi sənədlər və minimum meyarlarla bağlı məlumatlandırılıblar. Eyni zamanda təlimdə yeni ulduz təsnifatı sisteminin, xüsusilə Azərbaycan hotelçilik sənayesi və turizmi …

Read More »

Türkiyə ilə Azərbaycan arasında vizasız səyahət müddəti artırıldı

Türkiyə ilə Azərbaycan arasında vizasız səyahət müddəti 30 gündən 90-günə qədər artırılıb. Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral açıqlayıb. O bildirib ki, vizasız gediş-gəlişi haqqında Sazişi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə fevralın 25-də keçirilən “Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası”nın iclasında imzalanıb. İclasda həmçinin “Güzəştli Ticarət Sazişi” və Naxçıvana dəmir yollarının inşası haqqında razılaşmalar da daxil …

Read More »