Şənbə , Noyabr 2 2024
azenru
Home / Təşkilat və Operatorlar / Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İTB Berlin sərgisinin rəhbəri ilə görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İTB Berlin sərgisinin rəhbəri ilə görüşüb

Almaniya Federativ Respublikasına səfəri çərçivəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İTB-nin – hər il Berlində keçirilən nüfuzlu beynəlxalq turizm sərgisinin rəhbəri ilə görüşüb.

Görüşdə Azərbaycanının İTB-də iştirakının əhəmiyyəti, son dövrlərdə ölkəmizə turist axınının səbəbləri, ölkə rəhbərinin turizm sahəsində islahatları və onların müsbət nəticələri barədə fikir mübadiləsi aparılıb.Həmçinin, nazir Ermənistan tərəfinə Azərbaycanın işğal olunmuş ərazilərinin sərgidə təbliğinin yolverilməz olması barədə ciddi xəbərdarlıq edilməsi və bununla bağlı sərt məktub göndərilməsinə görə İTB rəhbərinə öz təşəkkürünü bildirib. Azərbaycanın əvvəlki illərdə İTB-nin tərəfdaşı olması xatırlanıb, bu tərəfdaşlığın uğurla baş tutduğu və növbəti illərdə də belə tərəfdaşlıq formatının davam etdirilməsinin arzu olunduğu vurğulanıb.

Səfər çərçivəsində Əbülfəs Qarayev İTB-nin rəsmi açılışında da iştirak edib və BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşüb. Tərəflər eyni zamanda Azərbaycan ilə bu təşkilat arasında əlaqələrin inkişafı və cari ilin may ayında keçiriləcək qurumun İcraiyyə Şurasına ölkəmizin sədrlik etməsi, habelə 4-6 may tarixində Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ətrafında da geniş müzakirələr aparıb.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …