Çərşənbə axşamı , Dekabr 3 2024
azenru
Home / Təşkilat və Operatorlar / Azərbaycanlı nazir Berlində Dünya Turizm Təşkilatının İpək Yolu Nazirlərinin görüşündə iştirak edib

Azərbaycanlı nazir Berlində Dünya Turizm Təşkilatının İpək Yolu Nazirlərinin görüşündə iştirak edib

8 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Berlində keçirilən Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) İpək Yolu Nazirlərinin Görüşündə iştirak edib.

Nazirliyin mətbuat xidmətinin verdiyi məlumata görə, tədbiri açıq elan edən BMÜTT-nin Baş katibi Taleb Rifai İpək Yolunun tarixi və onun turizmin inkişafı baxımından əhəmiyyətindən danışıb. Nazir Əbülfəs Qarayev Azərbaycanın İpək Yolu ilə tarixi bağlılığı və bu yolun tarixən malik olduğu iqtisadi və mədəni əhəmiyyətinə toxunaraq son dövrlərdə bu yolun bir turizm məhsulu kimi dünya səyahət bazarında əhəmiyyətinin artdığını diqqətə çatdırıb. Nazir, həmçinin İpək Yolunun təkcə coğrafi anlayış deyil, eyni zamanda mədəniyyətləri birləşdirən bir yol olduğunu bildirib.

Tədbir zamanı Əbülfəs Qarayev Türkiyə, Yunanıstan, İran və digər ölkələrin turizm üzrə məsul nazirləri ilə fikir mübadiləsi aparıb.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …