2016-cı ildə turistlər tərəfindən ən çox səyahət edilən ölkə Amerika Birləşmiş Ştatları (ABŞ) olub.
HotelsPro-nun araşdırmasına görə turist axınına görə ABŞ (11.9%) digər ölkələri geridə qoyub. ABŞ-dan sonra gələn ölkələr isə müvafiq olaraq:
İtaliya 8%
Almaniya 6.1%
İngiltərə 5.9%
İspaniya 4.9%
Araşdırmada ən çox səyahət edilən qitə Avropa qitəsi (58%) göstərilib. Sonrakı yerləri isə Asiya (19.5%), Şimali Amerika (16%), Cənubi Amerika (2.6%) və Afrika (2.3%) tutub.
HotelsPro-nun verdiyi digər məlumatda turistlərin ziyarət etdiyi ölkələrdə daha çox 1-3 gün (75%) qaldığı məlum olub, 4-7 gün arası qalan turistlərlər isə 22%-lə ikinci sırada yer alıb.