Bazar ertəsi , Aprel 29 2024
azenru
Home / Təşkilat və Operatorlar / Ən bəyənilən 100 otel açıqlandı

Ən bəyənilən 100 otel açıqlandı

Rusiyada Coral Travel-in təşkilatçılığı ilə “Starway World Best Hotels 2016”-nın mükafatlandırma mərasimi baş tutub.

Coral Travel tərəfindən bu il beşinci dəfə təşkil edilən “Starway World Best Hotels” mükafat mərasimi, Mitt turizm sərgisinin açılış günü keçirilib. Moskvanın  The Cherry Orchard teatr salonunda keçirilən tədbirdə 400-dən çox izləyici iştirak edib.

Dünyanın dörd bir yanından ən yaxşı 100 otelin açıqlandığı mərasimə Rusiya Federasiyasının yüksək rütbəli məmurları, mətbuat nümayəndələri, turizmçilər və turizm həvəskarları qatılıb.

Qeyd edək ki, “Starway World Best Hotels 2016” mükafatına namizəd otellər ulduz sayına görə yox, ora ziyarət edən turistlərin fikirləri, otaq şəraiti, yemək və içkilər, təmizlik, uşaq müəssisələri, əyləncə və idman mərkəzlərinə görə qiymətlənirilir. Coral Travel-in təşkil etdiyi sorğuda 127 min 230 turist iştirak edib.

TravelNews.az-ın verdiyi məlumata görə, qaliblər arasında Azərbaycanda yerləşən otellər olmasa da, qardaş Türkiyədən 27 otel var.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …