Çərşənbə , May 1 2024
azenru
Home / İnnovasiyalar / Booking.com-un fəaliyyəti dayandırılmayacaq – AÇIQLAMA

Booking.com-un fəaliyyəti dayandırılmayacaq – AÇIQLAMA

Türkiyənin  İnformasiya Texnologiyaları Təşkilatının (İTT) sədri Ömər Fatih Sayan Booking.com-un Türkiyədə dayandırılmasına münasibət bildirib.

TravelNews.Az-ın TurizmGazetesin-ə istinadən verdiyi məlumata görə, Türkiyədə fəaliyyəti dayandırılmış Booking.com ilə əlaqədar müzakirələr davam edərkən, İnformasiya Texnologiyaları Təşkilatının sədri Ömər Fatih Sayan mövzuyla əlaqədar etdiyi açıqlamada “Haqsız rəqabətdən səbəbindən saytın fəaliyyətinin dayandırılmasına dair qərarın olmadığını” deyib.

Sayan, Saytın Türkiyədəki fəaliyyətləri üçün məhkəmənin verdiyi dayandırmaq haqqında qərarı qiymətləndirərək, “Booking.com dayandırılmayıb, məlum vəziyyətlə əlaqədar saytın bağlanmaq qərarını kimin verdiyinə baxacağıq ” sözlərini əlavə edib.

Sədr mövzunu qəzetlərdən öyrəndiyini, rəhbərlik etdiyi təşkilatda bu məlumatın olmadığını qeyd edib – “Bizim hazırki gündəmimizdə saytın bağlanmasına dair məsələ yoxdur. Booking.com-un işinin dayandırılması ilə bağlı müfaviq orqanlar var və biz o orqanlardan qərar gözləyirik. Qəzetlərdən oxuduğum xəbərə əsasən heç bir saytın işləməsinə məhdudiyyət qoya bilmərəm”.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …