Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Tədbirlər / Bugün “AİTF 2017” sərgisinin sonuncu günüdür – FOTOREPORTAJ

Bugün “AİTF 2017” sərgisinin sonuncu günüdür – FOTOREPORTAJ

Bu gün Bakı Ekspo Mərkəzində “Iteca Caspian” və “ITE Group” şirkətləri tərəfindən təşkil olunan 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2017” sərgisinin sonuncu iş günüdür. Biz də TravelNews.Az komandası olaraq bu sərgidə iştirak etdik. Təəssüratlarımızı və çəkdiyimiz fotoları oxucularımızla bölüşürük.

Bugün, yəni sərginin sonuncu günü yalnız turizm sahəsində çalışanlar üçün yox, həm də bütün ictimaiyyət nümayəndələri üçün açıq idi. Sərgiyə keçmək üçün qeydiyyat asanlıqla və operativ şəkildə aparılırdı. Biz də qısa qeydiyyatdan sonra çox rahatlıqla sərgiyə daxil olduq.

Sərgidə müxtəlif ölkələrdən onlarla turizm şirkəti iştirak etdi. Özünəməxsus mədəniyyətləri, ölkənin görməli yerlərini əks etdirən, insanları həmin ölkəyə çağıran ölkə stendləri göz oxşayırdı. Təbii ki, həmin stendlərin arxasında duran, xanımlar  və bəylər də, yorulmadan, gülərüzlə və həvəslə öz ölkələrini təmsil edir, sərgiyə gələn ziyarətçiləri məlumatlandırırdılar. Qeyd edək ki, bu sərgidə 22 xarici dövlətdən gələn turizm şirkətləri var idi.

Sərgidə xarici dövlətlərlə yanaşı, Azərbaycanın müxtəlif regionlarının mədəniyyət və turizmini təmsil edən stendlər də qurulmuşdu. “AİTF 2017”-də bu il ilk dəfə keçiriləcək “Baku Shopping Festival”ın stendi də diqqətləri cəlb edirdi. Bundan başqa ziyarətçilər üçün müxtəlif konsert proqramları, tamaşalar və yarışmalar da keçirildi. Azərbaycan Hava Yolları”-nın təşkilatçılığı ilə keçirilən müsabiqədə sərgi ziyarətçilərindən bəziləri qiymətli hədiyyələr və istədikləri istiqamətdə gediş-dönüş biletləri qazandı.

Qeyd edək ki, sərgi çərçivəsində 90-a yaxın turizm istiqamətini təqdim edən dünyanın 22 ölkəsindən 272 şirkət iştirak edib. Bununla yanaşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “AITF 2017” sərgisini ziyarət etməsi tədbirin bütün iştirakçıları üçün mühüm hadisəyə çevrildi və bu ziyarət regionun müasir turizm bazarının ümumi mənzərəsini əks etdirən aparıcı beynəlxalq sərginin yüksək statusunu bir daha təsdiq etdi.

 

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …