Şənbə , May 18 2024
azenru
Home / Tədbirlər / “Karyerada ilk addım” devizi altında tədbir keçiriləcək – ELAN

“Karyerada ilk addım” devizi altında tədbir keçiriləcək – ELAN

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi,  Azərbaycan Turizm və Menecment Universitetinin  təşkilatçılığı ilə may ayının 2-də saat 11:00-da Bakı Biznes Mərkəzində tələbə və məzunların turizm sahəsi üzrə əmək bazarına inteqrasiyasına kömək göstərilməsi məqsədilə “Karyerada ilk addım” devizi altında tədbir keçiriləcək.

Tədbirdə ölkəmizdə fəaliyyət göstərən mehmanxanalar, turizm şirkətləri və aidiyyəti müəssisələr tərəfindən vakant iş yerləri və karyera planları haqqında məlumatlar təqdim ediləcək.

Turizm sahəsində ali təhsilli və yaxud təhsil alan, müvafiq sertifikat kurslarını bitirən, müəyyən iş təcrübəsi olub hazırda iş axtaran turizm sahəsi üzrə bütün maraqlı şəxslər CV-ləri ilə birgə bu tədbirdə iştirak edə bilər.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …