Cümə , May 10 2024
azenru
Home / Destinasiyalar / Lahıca gələn turistlərin sayı artıb

Lahıca gələn turistlərin sayı artıb

İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gələn turistlərin sayı artıb.

TravelNews.Az-ın verdiyi xəbərə görə, Lahıc Tarix-Mədəniyyət Qoruğundan AZƏRTAC-a bildirilib ki, qoruqda 100-dən çox abidə dövlət tərəfindən mühafizə olunur. Beş məscid, Hacı Molla Hüseyn, Hacı Cahanbaxış, Ağa hamamları, qədim kanalizasiya xətti, möhtəşəm “Cavanşir qalası”, 72 otaqlı “Hacı Qurban evi”, qədim dəyirmanlar, habelə əsrarəngiz təbiət turistlərin diqqətini bu yerlərə cəlb edir.

2012-ci ildə Lahıca 1757-si xarici olmaqla, 20 min 841 nəfər turist gəlmişdisə, hazırda onların sayı əhəmiyyətli dərəcədə artıb. 2016-cı ildə buraya 31 min 595 nəfər turist gəlib. Xarici turistlərin sayı isə 4 min 536 nəfər olub. Bu ilin yeddi ayında isə Lahıca 4 min 32-si xarici ölkələrdən olmaqla, 19 min 234 turist səfər edib. Gələn turistlər ən çox Rusiya, BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı, İsrail, İtaliya, Cənubi Koreya, Yaponiya və digər ölkələrdəndir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir