Latviyanın paytaxtı Riqada naməlum silahlı şəxslər “Garden Palace” hotelini ələ keçirib.
TravelNews.Az -ın Trend-ə istinadən verdiyi məlumatına görə, bir qrup şəxs hoteldən bir neçə sakini çıxararaq onların sənədlərini alıb. Hotel sahibləri hadisə yerinə polis çağırıb.
Silahlı şəxslərin hələ də hoteldə qaldığı bildirilir.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.