Cümə , May 17 2024
azenru
Home / Destinasiyalar / Gürcüstanın turizm gəlirləri artıb

Gürcüstanın turizm gəlirləri artıb

2017-ci ilin birinci yarısında Gürcüstan xarici turizmdən 1,09 milyard dollar gəlir əldə edib.

TravelNews.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Milli Bankı açıqlama yayıb.

Qeyd olunub ki, cari ilin ikinci rübündə turizm gəlirləri 659 milyon dollar olub. Bu da ötən ilin eyni dövrünün göstəricisindən 28 faiz çoxdur. 2017-ci ilin birinci rübündə isə turizmdən 434,6 milyon dollar gəlir əldə edilib.

Xatırladaq ki, 2017-ci ilin ilk yeddi ayı ərzində Gürcüstana 3978657 əcnəbi səfər edib ki, bu da ötən ilin analoji göstəricisindən 16,8 faiz çoxdur.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir