Oktyabr ayının 7-də “JW Mariott Absheron” otelində “Voyager Group” tur operatorunun və Dubay Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə “road show” keçirilib.
TravelNews.Az xəbər verir ki, 13-ə yaxın xarici, 110-a yaxın yerli otel və turizm şirkəti nümayəndələrinin iştirak etdiyi görüşdə birgə əməkdaşlıqlar barədə danışılıb. “Voyager Grou”un Azərbaycan üzrə meneceri Cavid Allahverdiyev qeyd edib ki, bu “road show”-nun məqsədi yerli şirkətlərlə xarici partnyorlar, eyni zamanda otel və turizm agentlikləri arasında birbaşa əlaqə yaratmaqdır. Bu zaman hər iki tərəf yaranan suallara daha ətraflı cavab tapa bilər.
Sonda tədbir iştirakçıları üçün şou-proqram və əyləncəli müsabiqələr təşkil olunub.