Şənbə , May 11 2024
azenru
Home / Destinasiyalar / İki ölkə arasında turizm əlaqələrindən danışılıb – AZƏRBAYCAN – BELARUS

İki ölkə arasında turizm əlaqələrindən danışılıb – AZƏRBAYCAN – BELARUS

Azərbaycanda və Belarusda turizmin inkişafı üçün iki ölkə arasında aviareyslərin sayı artırılmalıdır və bu məsələ Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviçlə görüş zamanı müzakirə edilib.

TravelNews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Minskdə səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədov Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviçlə keçirdiyi brifinqdə deyib.

Oqtay Əsədov bildirib ki, Azərbaycanda turizm sahəsi inkişaf edib və bu sahədə Belarusla da birgə layihələr həyata keçirilə bilər.

Spiker qeyd edib ki, regional parlament qurumlarının yaradılması məsələsi də görüşdə müzakirə edilən əsas mövzulardan biri olub. Bu format region ölkələrinin birgə fəaliyyətinə yeni təkanlar verə bilər.

Milli Məclisin sədri Belarus Respublika Şurasının sədrini Azərbaycana rəsmi səfərə dəvət etdiyini diqqətə çatdırıb.

Mixail Myasnikoviç Oqtay Əsədovla görüşünü yüksək qiymətləndirib, səmərəli müzakirələrin aparıldığını söyləyib. O bildirib ki, Azərbaycan Milli Məclisinin sədrinin Belarusa rəsmi səfəri iki ölkənin parlamentləri arasında münasibətlərin inkişafında yeni səhifə açacaq.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir