Milli Turizm Təbliğat Bürosunun dəstəyi ilə hazırlanmış, Azərbaycanın turizm imkanlarını əks etdirən yeni videoçarx 10 oktyabr 2017-ci il tarixində büronun youtube kanalında və Red Bullun rəsmi saytında yayımlanıb.
TravelNews.Az xəbər verir ki. videonun əsas məğzi ondan ibarətdir ki, Kenni yuxuda özünü Qobustanda yaşayan və qayaüstü şəkillər çəkən mağara insanı olduğunu görür və tədricən bu əraziləri özü üçün kəşf etməyə başlayır.
“Həftə ərzində Qobustan qayalarında velosiped sürmək kifayət qədər ekstremal idi. Qədim divar şəkillərinə yaxın ərazilərdə velosiped sürmək gözəl hisslər idi və biz tarixi-bədii qoruğun əhval-ruhiyyəsini çatdırmağı bacardıq. Aktiv palçıq vulkanlarında çimmək və təhlükəli ilanlarla qarşılaşmaq , işimizə daha kəskin hisslər əlavə edirdi.” deyə Kenni Beley bildirir.
Layihə, “Qobustan” sözünün mənşəyinə görə “Land Of the Bulls” adlanır (dəqiq tərcümə: Öküzlər Diyarı). Tarixçilər, bu sözün tarixi və əhəmiyyəti barədə bir neçə fikir irəli sürürlər. Amma qədim dildə (Qavistan) dəqiq olaraq Öküzlər Diyarı kimi tərcümə olunur.
Qədim zamanlarda bu ərazidə vəhşi öküzlərin yaşaması, həmçinin onların çoxsaylı qayaüstü şəkilləri ilə də sübut olunur.
Kenni Beley videoçarxda Azərbaycanı tək klassik turizm üçün yox, həm də idman turizmi üçün cazibədar bir ölkə adlandırır və ölkənin bu istiqamətdə imkanlarının geniş olduğunu bildirir.